Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük maşını piyada 1983-cü il təvəllüdlü Mirzəyev Rüfəti vurub. Onun vəziyyətinin ağır olduğu bildirilir.