Kanalda qadın meyiti Tapıldı

17:25 - 31 Oktyabr 2021

Kanalda qadın meyiti Tapıldı

Fövqəladə Hallar Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

FHN-dən Manşet.az-a verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az