Lənkəranda 60 yaşlı kişini qatar Vurdu

19:37 - 01 Noyabr 2021

Lənkəranda 60 yaşlı kişini qatar Vurdu

Lənkəranda bədbəxt hadisə baş verib.

 

Manşet.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran Dəmiryol Stansiyasından bir qədər uzaqlıqda yerləşən ərazidə qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1961-ci il təvəllüdlü Bəfadar Hüseyn oğlu Həsənov Bakı istiqamətində hərəkətdə olan Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarının qoşulu olduğu elektrovozun altında qalıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Mərhumun meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az