Avqustun 15-də Şəki rayonunun Orta Zəyzid kənd sakini, 1959-cu il təvəllüdlü Əslan Mənəfov həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb.
Manset.az xəbər verir ki, o, bu gün səhər saatlarında aldığı xəsarətlərdən (boynu və beli qırılıb) xəstəxanada ölüb.