Minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

17:42 - 02 Noyabr 2021

Minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

Abşeron rayonunda yol qəzası olub.

 

Bu barədə Manşet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az