Qəzada ölən gənclə bağlı rəsmi açıqlama

23:28 - 21 Avqust 2024

Qəzada ölən gənclə bağlı rəsmi açıqlama

Yol-nəqliyyat hadisəsi ilə bağlı 21.08.2024-cü il tarixində saat 07:20-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

 

Manset.az xəbər verir ki, ağır kəllə beyin travması, baş beynin əzilməsi, döş qəfəsinin əzilməsi diaqnozları qoyulan şəxs aqonal vəziyyətdə reanimasiyaya yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq 07:26-da ölüm qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az