Göygöldə ölümlə nəticələn yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri 1991-ci il təvəllüdlü Əvəz Əliyevdir.
Hələ ki, ölənlərdən yalnız bir nəfərin adı məlumdur.
16:26
Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.