Daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şəxsi əşyalar üçün nəzərdə tutulmuş sandıqçasında gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma markası olmayan 53 ədəd 0,7 litrlik alkoqollu içki aşkarlanıb.