Kür çayının Şəmkir rayonundan keçən hissəsində batan yeniyetmə Y.Ələkbərovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Manset.az xəbər verir ki, faktla bağlı araşdırma aparılır
14:54
Şəmkirdə bir nəfər Kürdə batıb.
Manset.az xəbər verir ki, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Kürdə batan şəxsin 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elburus oğlu olduğu bildirilir.
DİN-in Mətbua Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunub.