Masallıda dönərxanada yanğın oldu

09:58 - 05 Noyabr 2021

Masallıda dönərxanada yanğın oldu

Masallıda yanğın hadisəsi olub.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb. Dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az