Samuxda dava zamanı 2 qardaş döyüldü

23:17 - 06 Noyabr 2021

Samuxda dava zamanı 2 qardaş döyüldü

Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı 2 qardaş xəsarət alıb.

Manset.az-ın məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı 2 qardaş müxtəlif xəsarətlər alıb. Onlardan birinin aldığı xəsarətlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az