Yanacaq tankeri partlayıb - 100-dən çox ölü var

08:31 - 07 Noyabr 2021

Yanacaq tankeri partlayıb - 100-dən çox ölü var

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 108-ə çatıb, daha 92 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.

 

Ölke.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az