Tovuzda iki maşın toqquşdu, xəsarət alan var

23:44 - 09 Noyabr 2021

Tovuzda iki maşın toqquşdu, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Nəsimi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106" markalı avtomobillər toqquşub.

Qəzanın təsirindən "VAZ 2106" yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az