Qaxda yola çıxan at ilxısı qəzaya səbəb olub.
Manşet.az xəbər verir ki, axşam saatlarında Qax rayonunun İlisu kənd sakini, 1960-cı il təvəllüdlü Mürüdov Şakir Müzəffər oğlu idarə etdiyi “VAZ2107” markalı minik avtomobili ilə Qax şəhərindən İlisu kəndi istiqamətində hərəkətdə olarkən qarşısına at ilxısı çıxıb.
Sürücü Şakir Mürüdov atları vurmamaq üçün avtomobili qaçırsa da, idarəetmədən çıxan maşın yol kənarındakı beton maneəyə çırpılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü Qax Rayon Mərkəzi X əstəxanasına yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo