Yeniyetməni maşın vurdu

23:51 - 12 Noyabr 2021

Yeniyetməni maşın vurdu

Zaqatalada 13 yaşlı yeniyetməni avtomobil vurub.

Manşet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Yuxarı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Beydullayev Qurban Vüqar oğlu “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Beydullayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az