Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

09:12 - 13 Noyabr 2021

Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Manset.az xəbər verir ki, Samux rayon sakini Mirzə Rzayev 8 noyabr Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindənn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə M.Rzayev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az