Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı

15:07 - 13 Noyabr 2021

Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı

Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Manşet.az xəbər verir ki, bu barədə  Xocalı rayon prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az