Gəncə sakini mənzilində ölü tapıldı

19:35 - 15 Noyabr 2021

Gəncə sakini mənzilində ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Manşet.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyarova Hicran Yaqub qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az