Bakıda təcili tibbi yardım avtomobili piyadanı vurub öldürdü

12:16 - 16 Noyabr 2021

Bakıda təcili tibbi yardım avtomobili piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az