Goranboy sakini minaya düşdü

14:03 - 20 Noyabr 2021

Goranboy sakini minaya düşdü

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə Manşet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

"Daha sonra Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar. Şahin Qarayevin xəsarət aldığı məlum olub. Hazırda yaralı xəstəxanaya aparılır", - Mətbuat Xidmətindən bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az