Azərbaycanda zəlzələ olub.
Manşet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.
Məlumata görə, yeraltı təkanlar Bakı, Sumqayıtla yanaşı bir sıra bölgələrdə də hiss olunub.
***
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi 42 kilometr olub.
***
Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.
Manşet.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb.