Saatlıda avtomobil yeniyetmələri vurdu

23:39 - 21 Noyabr 2021

Saatlıda avtomobil yeniyetmələri vurdu

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Şirinbəy kəndində qeydə alınıb. Belə ki, sakinlər - 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onları vurub.

Müxtəlif dərəcəli xəsarət alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az