Bakıda atanın davasından uşaqları zərər çəkdi: 5 və 6 yaşlı övladları yandı

13:46 - 22 Noyabr 2021

Bakıda atanın davasından uşaqları zərər çəkdi: 5 və 6 yaşlı övladları yandı

Bakıda iki azyaşlı qardaş yanıq xəsarətləri alıb.

 

Manşet.az oxu.az-a istinadən məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini T.Əbdurrəhmanov yaşadığı evdə keçmiş bacanağı ilə münaqişə edib.

Hadisə zamanı qaynar çaydanın dağılması nəticəsində T.Əbdürrəhmanovun 5 və 6 yaşlı uşaqları yanıq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az