Goranboyda yük maşını körpüdən çaya aşdı - Sürücü öldü

18:06 - 08 Fevral 2025

Goranboyda yük maşını körpüdən çaya aşdı - Sürücü öldü

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az