Kamaz aşdı - Sürücü öldü

16:06 - 09 Fevral 2025

Kamaz aşdı - Sürücü öldü

Balakən rayonunda “Kamaz” sürücüsü iş zamanı ölüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində olub.

Belə ki, “Kamaz” markalı beton qarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində o “Kamaz”ın altında qalaraq aldığı xəsarətdən ölüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az