Azərbaycanda 22 yaşlı qızı vəhşicəsinə döydülər - Burnunu sındırdılar

22:37 - 23 Noyabr 2021

Azərbaycanda 22 yaşlı qızı vəhşicəsinə döydülər - Burnunu sındırdılar

Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, Xaçmazın N.Nərimanov küçəsi, bina 70A ünvanında yaşayan, 1999-cu təvəllüdlü Əzimova Xanım Kənan qızı kafedə tanımadığı şəxs tərəfindən döyülüb.

X.Əzimova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burun sümüyünün qapalı sınığı, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az