Azərbaycanda 13 yaşlı qıza dəhşətli işgəncə verildi - VİDEO

01:19 - 26 Noyabr 2021

Azərbaycanda 13 yaşlı qıza dəhşətli işgəncə verildi - VİDEO

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

Manset.az xəbər verir ki, Ağazadə instaqram hesabında fiziki zorakılığa məruz qalan 13 yaşlı qızın görüntülərini yayımlayıb. O, azyaşlıya bu vəhşiliyi edənlərin tezliklə tapılaraq cəzalandırılmasını istəyib:

"13 yaşlı qıza qarşı şiddət. Kim edib? Bu sualın cavabı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırmalar zamanı bəlli olacaq. Hazırda azyaşlı uşaq sığınacağına yerləşdirilib.

Ata və ana arasında baş verən mübahisələr, qərəzlər nəticəsində işgəncələrə məruz qalan hər zaman uşaqlar olur. Valideynlərdən uzaqlaşdırılan uşaqlar isə əsl həqiqəti təhlükəsizliyini hiss etdikdə danışacaq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az