Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü

09:32 - 26 Noyabr 2021

Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakıdan gəldiyi avtomobildən yol ayrıcında düşən rayonun Nəsimi kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abiddin oğlunu maşın vurub.

Xəsərət alan şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 5 ay öncə Rusiyaya işləməyə gedən R.Baxışov ötən gün ailəsinin yanına qayıdırmış.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az