Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alındı

14:37 - 27 Noyabr 2021

Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı yüklərin içərisində şübhəli cizgilər müşahidə edilib.

Manşet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, təkrar yoxlama nəticəsində isə həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5 min ədəd "Manchester" adlı siqaret aşkar edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az