Xaçmazda əcnəbi vətəndaşın avtomobili qəzaya düşdü - Xəsarət alanlar var

21:14 - 27 Noyabr 2021

Xaçmazda əcnəbi vətəndaşın avtomobili qəzaya düşdü - Xəsarət alanlar var

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Manset.az-ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR-la “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və “VAZ-2106”nın sürücüsü Salayev Çingiz Ağayar oğlu xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az