Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı

17:16 - 30 Noyabr 2021

Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.

Manset.az xəbər verir ki, paylaşımı mərhumun dostu Elşad Qaraca feysbuk hesabında yayıb. 

Statusun saatından (10:27) aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az