Helikopter havaya qalxdıqdan nə qədər sonra eniş edib - AÇIQLAMA

20:28 - 30 Noyabr 2021

Helikopter havaya qalxdıqdan nə qədər sonra eniş edib - AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopter qəzasının baş vermə vaxtı açıqlanıb.

 

Manset.az  xəbər verir ki, bu barədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev jurnalistlərə açıqlama verib:

“Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün DSX-nin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır”.

 

 

oxu.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az