Türkiyənin Kocaeli şəhərində sərxoş olduğu iddia edilən sürücü idarəetməni itirərək avtomobili məscidə çırpıb.
Manset.az-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Səhər namazı üçün məscidə gələnlər dağıntı mənzərəsi ilə qarşılaşıb və şoka düşüb.
Hadisə şahidlərindən biri bildirib:
"4 gənc var idi, yəqin, içkili idilər. Maşın yüksək sürətlə girdi. Biz burada olsaydıq, faciə ola bilərdi".
Əraziyə dərhal polis, xilasetmə və sağlamlıq qrupları cəlb olunub.
Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya aparılıb.