Rahat və
çevik maliyyə həlləri təqdim edən Birbank, müştərilərinə “Böl-ödə” krediti
vasitəsilə məhsul və xidmətləri hissə-hissə ödəmək imkanı yaradır.
“Böl-ödə”
krediti ilə Birbank müştəriləri partnyor mağaza və xidmət nöqtələrində
bəyəndikləri məhsul və ya xidməti dərhal əldə edərək, ödənişi hissə-hissə
həyata keçirə bilərlər. Xidmətin əsas üstünlüklərindən biri də alış-verişin
birbaşa partnyor nöqtələrində qısa zaman
ərzində, tək şəxsiyyət vəsiqəsi ilə tamamlanmasıdır. Həmçinin onlayn alış-veriş
zamanı da müraciət prosesi rahat və sürətli şəkildə həyata keçirilir.
“Böl-ödə”
krediti 100 AZN-dən 15 000 AZN-ə qədər təklif olunur. Məhsul və xidmətlərin
ödənişini 2 aydan 35 aya qədər aylıq hissələrlə həyata keçirmək mümkündür.
Müxtəlif müddət seçimləri isə Birbanklılara ödənişlərini öz büdcələrinə uyğun
tənzimləməyə və rahat şəkildə həyata keçirməyə şərait yaradır.
“Böl-ödə”
kreditinin geniş partnyor ticarət və xidmət nöqtələrinin siyahısı linkdə təqdim
olunur: www.b-b.az/QUnmlb.
Daim ən son
rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı
olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial
və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.