Bakıda xanım müştərisinə bu taksi sürücüsü çay içməyi təklif edib - VİDEO

22:21 - 03 Dekabr 2021

Bakıda xanım müştərisinə bu  taksi sürücüsü çay içməyi təklif edib - VİDEO

 Bu gün Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib. 

Manşet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata bildirib ki, həmin sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub. 

Sürücü əməlindən peşman olduğunu deyib.

"İdarə etdiyim "Mercedes" markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Bu gün Günəşli qəsəbəsində avtomobilimə müştəri kimi oturan xanıma birlikdə istirahət etməyi təklif etmişəm. Əməlimə görə peşmanam” – deyə, o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az