Bakıda avtomobil 33 yaşlı piyadanı vurdu

23:40 - 03 Dekabr 2021

Bakıda avtomobil 33 yaşlı piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Əliyev Elçin Tofiq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol aşıq baldır oynağının əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az