Bakıda bıçaqlanma hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Xəzər rayonun Şağan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi - qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirib.
Dərhal Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.