Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu haqda APA məlumat verib.
***
19:57
Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.