Bakıda qadın avtobusdan yıxıldı - Ağır xəsarət aldı

09:04 - 05 Dekabr 2021

Bakıda qadın avtobusdan yıxıldı - Ağır xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Manset.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayon ərazisində 1973-cü il təvəllüdlü Əhmədova Reyhan Əliş qızı 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - Gənclik m/s ) üzrə hərəkət edən sərnişin avtobusundan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az