Gəncədə yaşayış binasında yanğın - Yaralı var

09:59 - 05 Dekabr 2021

Gəncədə yaşayış binasında yanğın - Yaralı var

Gəncədə yaşayış binasında yanğın olub.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az