Bakıda yol polisi ilə sürücü arasında qarşıdurma - VİDEO

10:14 - 05 Dekabr 2021

Bakıda yol polisi ilə sürücü arasında qarşıdurma - VİDEO

Bakının mərkəzində yol polisi əməkdaşları ilə minik avtomobili sürcüsü arasında qarşıdurma yaranıb.

Manşet.az "oxu.az"a istinadən xəbər verir ki, “Azure” yaşayış kompleksi yaxınlığında baş verən hadisə videoya çəkilib.

Məlum olmayan səbəblərə görə, polis naryadı NİVA markalı avtomobili saxlayıb. Lakin onun sürücüsü maşından düşməyə etiraz edib.

Videodan göründüyü kimi, bir necə polis əməkdaşı sürücünü zorla maşından düşürüb xidməti avtomobilə yerləşdirmək istəyir. Sürücü ciddi müqavimət göstərib.

Hadisənin təfərrüatı haqda məlumat veriləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az