Maşınla vurduğu yaralını xətəxanaya apardı- Öldüyünü öyrəndi

13:31 - 05 Dekabr 2021

Maşınla vurduğu yaralını xətəxanaya apardı- Öldüyünü öyrəndi

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az xəbər verir ki, hadisə ötən gecə Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, "Vita” markalı avtomobil 28 yaşlı Mirhakim Mirbağır oğlu Nəcəfzadəni vurub. Sürücü baş nahiyəsindən ağır xəsarət alan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onun öldüyü məlum olub.

M.Nəcəfzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
(report)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az