Gəncədə 2 nəfərin öldüyü qəzanı orta məktəb şagirdi törədib - Təfərrüat

16:31 - 05 Dekabr 2021

Gəncədə 2 nəfərin öldüyü qəzanı orta məktəb şagirdi törədib - Təfərrüat

Gəncədə ağır qəzanın təfərrüatı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan piyada, 13 yaşlı Nazlı İbrahimovanı vurub.

Bundan sonra “Mercedes”in idarəetməsini itirən N.Əlizadə maşını yol kənarındakı ağaca çırpıb.

Nəticədə piyada və sürücü ölüb, 17 yaşlı Elcan Əliyev, 18 yaşlı Cavid Kazımov və 17 yaşlı Bayramov İlkin xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az