Zaqatalada yanğın baş Verdi

21:38 - 06 Dekabr 2021

Zaqatalada  yanğın baş Verdi

Zaqatala rayonunda dağlıq-meşəlik ərazi yanıb.

Manşet.az xəbər verir ki, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Car kəndi inzibati ərazisinə aid olan hissədə baş verib.

Dərhal yanğın olan əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Rayon Meşə Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb və yanğın söndürülüb.

Yanğının nə qədər ərazini əhatə etməsi hələki məlum deyil.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az