Azərbaycanda qadın taksi sürücüsünü Bıçaqladı

15:14 - 07 Dekabr 2021

Azərbaycanda qadın taksi sürücüsünü Bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Manşet.az APA-ya istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məntəqənin xadiməsi, 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Məhərrəmovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G.Məmmədovanın V. Məhərrəmovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Faktla bağlı polis araşdırmaya başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az