Lənkəranda fermada güclü YANĞIN - Mal-qara tələf oldu

23:32 - 14 İyul 2025

Lənkəranda fermada güclü YANĞIN - Mal-qara tələf oldu

Lənkəranda ferma yanıb, mal-qara tələf olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Belə ki, meşə zolağına yaxın ərazidə rayon sakininə məxsus fermada yanğın meydana gəlib.

Lənkəran yanğından mühafizə hissəsinin əməkdaşları yanğına operativ müdaxilə edərək kənd sakinlərini təxliyə edib.

Qısa müddətdə yanğın lokallaşdırılıb. Meşə zolağı və ətrafda olan kənd təsərrüfatı texnikaları yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

Qeyd edək ki. Hadisə zamanı fermada 5 baş iribuynuzlu heyvan, 10 mindən çox ot bağlaması yanaraq külə dönüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az