Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB

20:43 - 15 İyul 2025

Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

***

18:58

Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində başlayan, sonradan isti hava və güclü külək səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur.


Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.


"Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir.

Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhrərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir."


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az