Konsertdə söyüş söydüyünə görə polis tərəfindən saxlanılan “Epi” ləqəbli reper Əkbər Novruzlu həbs edilib.
Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, reperə 1 ay müddətinə inzibati həbs cəzası verilib.
O, xırda xuliqanlıqda narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinib.