Saatlıda 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
Manset.az Report-a istinadla xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.