Ağdamda güclü YANĞIN: Ağdərəyə də yayılır - VİDEO

22:21 - 22 İyul 2025

Ağdamda güclü YANĞIN: Ağdərəyə də yayılır - VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyir.

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az